6b05bf503c68a6b05bf503c68b17955387686b05bf503c6886b05bf503c689

Paytaxtın Nərimanov rayonunda yerləşən Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbdə şagirdlər arasında insident baş verib.

Globalinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nəzrin Adıgözəlzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Paytaxtın Nərimanov rayonunda yerləşən məktəblərin birində şagirdlər arasında baş verdiyi iddia olunan hallar polis tərəfindən araşdırılıb.

Təhsil müəssisəsinin aidiyyəti heyəti və şagirdlər valideynləri ilə birgə ərazi üzrə polis şöbəsinə dəvət edilərək onlarla profilaktik iş aparılıb, narazılığa səbəb olan hallar müəyyən olunaraq aradan qaldırılıb.

Həmin hərəkətlərdə hər hansı kriminal tərkib müəyyən olunmayıb.

Paylaş: