hikmet cetin kimdir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hikmət Çətin 89 yaşında dünyasını dəyişib.

Globalinfo.az xəbər verir ki, bu barədə TBMM sədri Numan Kurtulmuş sosial şəbəkə hesabında məlumat paylaşıb.

1937-ci ildə Diyarbəkirdə anadan olan Hikmət Çətin Cümhuriyyət Xalq Partiyasının üzvü olub.

O, 1991–1994-cü illərdə Türkiyənin xarici işlər naziri, 1995-ci ildə baş nazirin müavini, 1997–1999-cu illərdə TBMM sədri vəzifələrində çalışıb. Çətin, həmçinin 2003–2006-cı illərdə NATO-nun Əfqanıstandakı Baş Mülki Nümayəndəsi olub.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: