Ermənistanın ikinci prezidenti Robert Köçəryan 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işinin materialları ilə tanış ola bilmədiyini deyib.
Globalinfo.az-ın xəbərinə görə, o, məhkəmə iclasında qeyd edib ki, başqa cinayət işi üzrə həbsdə saxlanıldığı üçün işin 120 cildlik materiallarını öyrənmək imkanı yoxdur.
Köçəryanın vəkili Aram Orbelyan materialların internetə çıxışı olmayan planşetə yüklənməsini təklif edib. Hakim isə məsələnin başqa cinayət işi üzrə icraatı aparan qurumun səlahiyyətində olduğunu bildirib.
Məhkəmənin növbəti iclası noyabrın 27-də keçiriləcək.
Əliyar Xəlil