cumhurbaskani erdogandan onemli aciklamalar tjzw 900x506 4

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də iftixar mənbəyidir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyənin İğdır şəhərində keçirilən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

Türkiyənin dövlət başçısının müraciətində qeyd edilib ki, Zəngəzur dəhlizinin açılması ilə həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələri güclənəcək, həm də Türkiyə ilə Türk dünyası arasında yeni bir bağlantı imkanı yaranacaq:

“Qarabağın zəfər sevincini birlikdə yaşadığımız kimi, Qafqazda sülh və rifah üçün də eyni qərarlılıqla çalışacağıq. Türkiyə tarix boyunca Qafqaz bölgəsinin acılarını da, sevincini də paylaşdı. Ortaq tariximizdən aldığımız güclə gələcək nəsillərə sülh və sabitlik mühitinin bərqarar olduğu regionu təhvil vermək istəyirik”.

Rəcəb Tayyib Ərdoğan, Prezident İlham Əliyev ilə “Bir millət, iki dövlət” anlayışı əsasında imzalanan Şuşa Bəyannaməsi sayəsində iki ölkə arasındaki əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.

Paylaş: