barselona baki

“Barselona”nın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Sabah”la keçirəcəyi oyun Kataloniya klubunun tarixinə düşəcək.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə “Barselona”nın rəsmi saytı məlumat yayıb.

Noyabrın 25-də Bakıda keçiriləcək görüş üçün İspaniya təmsilçisi 3970 kilometr məsafə qət edəcək. Bu, “Barselona”nın avrokuboklar tarixində ən uzaq səfəri olacaq.

İndiyədək rekord Rusiyanın Kazan şəhərinə məxsus idi. Barselona ilə Kazan arasındakı məsafə 3725 kilometrdir. Kataloniya klubu Pep Qvardiolanın rəhbərliyi altında 2009 və 2010-cu illərdə Çempionlar Liqasının qrup mərhələsində “Rubin”lə səfər oyunları keçirib. Hər iki görüş heç-heçə başa çatıb.

“Barselona”nın ən uzaq səfərləri siyahısında üçüncü yeri İsrailin Beer-Şeva şəhəri tutur. Kataloniya klubu 1995-ci il sentyabrın 12-də UEFA Kubokunun ilk mərhələsində yerli “Hapoel”lə qarşılaşıb və 3114 kilometr məsafə qət etdiyi səfərdə 7:0 hesablı qələbə qazanıb.

Siyahıda Moskva da yer alır. Barselonadan 3016 kilometr uzaqlıqda yerləşən Rusiya paytaxtına Kataloniya klubu avrokuboklar çərçivəsində dəfələrlə səfər edib. “Barselona” burada “Dinamo”, SSKA, “Spartak” və “Lokomotiv”lə qarşılaşıb. Komandanın Moskvaya son səfərlərindən biri 2012-ci ildə “Spartak”la oyun zamanı olub.

Beləliklə, “Sabah”la qarşılaşma “Barselona” üçün təkcə Çempionlar Liqasının növbəti matçı deyil, həm də klubun avrokuboklar tarixində məsafə baxımından rekord səfər olacaq. (Qol.az)

1564869

Paylaş: