zelenski 900x600 2

Ukrayna Prezidenti Volodimir Zelenski sülh danışıqları ilə bağlı mövqeyini dəyişib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Rezident” Telegram kanalı ölkə Prezident Ofisindəki (PO) mənbəyə istinadən məlumat yayıb.

“Prezident Ofisindəki mənbəmiz bildirib ki, Zelenskinin sülh prosesi ilə bağlı mövqeyi müharibə üçün ayrılan yeni maliyyə tranşlarından sonra ciddi şəkildə dəyişib. Bankovaya (Prezident Administrasiyasının yerləşdiyi küçə) yol xəritəsini müzakirə etmək belə istəmir və sadəcə ABŞ Konqresinə demokratların gəlməsinə qədər vaxt udmağı planlaşdırır”, – deyə bildirilib.

Telegram kanalının məlumatına görə, Zelenski Ukrayna Nazirlər Kabinetinə ölkənin iqtisadi siyasətini yenidən qurmağı tapşırıb.

Qeyd olunur ki, bu siyasət hərbi münaqişənin 2029-cu ilə qədər davam etdirilməsini nəzərdə tuta bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: