“Ukrayna münaqişəsinin həlli istiqamətində Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə növbəti danışıqlar raundunun yaxın vaxtlarda keçirilməsi gözlənilir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, görüşün keçirilməsi nəzərdə tutulsa da, hələlik dəqiq tarix müəyyənləşdirilməyib.
Xatırladaq ki, üç ölkə arasında əvvəlki məsləhətləşmələr noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilib.
Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinskinin bildirdiyinə görə, həmin görüşlər zamanı sülhün əldə olunması istiqamətində müəyyən yaxınlaşma qeydə alınıb.
Bununla belə, o vurğulayıb ki, prosesin gələcək nəticəsi danışıqlarda iştirak edən bütün tərəflərin mövqeyindən asılıdır.
Safura Bənnayeva
Globalinfo.az