ABŞ Prezidenti Donald Tramp İranın son hərbi fəallığının artmasını Konqresə keçirilən aralıq seçkilərdən sonra yaranmış siyasi vəziyyətlə əlaqələndirib.
Globalinfo.az xəbər evrir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tramp iddia edib ki, Tehran demokratların qələbəsini zəiflik əlaməti kimi qəbul etdiyindən daha aqressiv davranmağa başlayıb:
“Noyabrın 3-də keçirilən aralıq seçkilərlə bağlı əvvəlcədən iki ehtimal irəli sürülüb: demokratların qələbəsi fond bazarlarında ciddi enişə səbəb olacaq və İranın hücumlarının intensivliyi artacaq. Hər iki proqnozu sonrakı hadisələr təsdiqləyib.
İran son yeddi gün ərzində ötən ilin istənilən digər dövrü ilə müqayisədə daha çox raket və pilotsuz uçuş aparatı buraxıb. Bununla belə, həmin vasitələrin hamısı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub və heç bir zərər qeydə alınmayıb.
Qənaətimə görə, İran rəhbərliyi demokratları zəif, təsirsiz və ölkəni tənəzzülə aparan siyasi qüvvə hesab edir. Mən isə belə bir vəziyyətin yaranmasına imkan verməyəcəm. Digər tərəfdən, seçkilərdən sonra neftin qiymətində rekord həddə azalma baş verib”.
Safura Bənnayeva
Globalinfo.az