Məşhur “Titanik” gəmisinin qəzadan sağ çıxan sərnişinlərindən biri, britaniyalı modelyer Lüsi Daff-Qordonun brilyant üzüyü hərracda yüksək qiymətə alıcı tapıb.
“Henry Aldridge and Son” hərrac evində satışa çıxarılan zinət əşyası təxminən 145 min dollara satılıb.
Məlumata görə, üzük vaxtilə Lüsi Daff-Qordona nişan hədiyyəsi olaraq təqdim edilib. Qiymətli əşya uzun illər ailə tərəfindən qorunaraq saxlanılıb.
Hərracın qalibi üzüyün özü ilə yanaşı, onun mənşəyini təsdiqləyən məktubu və brilyantın keyfiyyətinə dair sertifikatı da əldə edib.
Globalinfo.az
Safura Bənnayeva