Türkiyənin İstanbul şəhərində küçələrdə şir göründüyü barədə məlumatlardan sonra təhlükəsizlik qüvvələri hərəkətə keçib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Yırtıcı heyvanın tapılması və tutulması istiqamətində axtarış tədbirləri başladılıb.
“Hadisə şəhərin Sarıyer rayonunda qeydə alınıb. Ərazidə şir müşahidə edilib və onun tutulması üçün əməliyyat aparılır. Şəhər sakinlərinə ehtiyatlı olmaları və təhlükəsizlik qaydalarına riayət etmələri barədə xəbərdarlıq edilib”, – deyə qeyd edilib.
İstilik kameralarından əldə olunan görüntülər və müşahidə kameralarının qeydləri vasitəsilə heyvanın olduğu yer müəyyənləşdirilib.
Hazırda şirin insanlara və özünə zərər dəymədən, diri şəkildə ələ keçirilməsi üçün müvafiq tədbirlərin görüldüyü bildirilir.
Safura Bənnayeva
Globalinfo.az