rusiya 900x600 1

Səhnə adı ŞAMAN olan Rusiyanın əməkdar artisti Yaroslav Dronov ölkəsinin 10 ildən sonra necə görünəcəyinə dair fikirlərini bölüşüb.

Globalinfo.az xəbər verir ki, müğənni bu barədə TASS agentliyinə müsahibəsində danışıb.

Rusiyanın gələcək illərdəki vəziyyətini necə təsəvvür etdiyi barədə suala cavab verən ŞAMAN qısa şəkildə belə deyib: “Əla. İndiki kimi”.

O, həmçinin hələlik siyasətə qoşulmaq niyyətində olmadığını vurğulayıb. ŞAMAN bildirib ki, hazırda əsas diqqətini musiqi fəaliyyətinə yönəltmək istəyir.

Müğənninin sözlərinə görə, ictimai mövqeyi və qazandığı şöhrət onun siyasi karyera qurması üçün əsas hesab edilə bilməz.

Tahir Turan
Globalimfo.az

Paylaş: