1795344466 260b4177 ea3d 41d6 a6e5 193594b4c813

Rusiyalı siyasətçi Vladimir Jirinovski sağlığında dünyanın gələcək taleyini üç dövlətin – Çin, Rusiya və ABŞ-ın müəyyən edəcəyini düşünürdü. Tanınmış siyasətçi və jurnalist Anatoli Vasserman isə bu fikirlə tam razılaşmır.

Globalinfo.az modern.az-a istinadla xəbər verir ki, o, müsahibəsində gələcəkdə dünyanın taleyini müəyyən edəcək üç ölkənin adını çəkib.

“Düşünürəm ki, yaxın gələcəkdə dünyanın taleyini həqiqətən də üç dövlət – Rusiya, Çin və Hindistan müəyyən edəcək. ABŞ-ın dünya hegemonluğu dövrü başa çatır. Məhz buna görə Tramp üçtərəfli görüşdə iştirak edərək öz təsirini uzatmağa çalışırdı”, – Vasserman bildirib.

Onun sözlərinə görə, ABŞ-da parlament seçkilərində qalib gələn demokratların yaxın vaxtlarda yaradacağı problemlər Donald Trampın ölkənin böyük dövlət statusunu qorumasına mane ola bilər:

“Jirinovskinin proqnozu, məncə, kifayət qədər əsaslı idi. Lakin onun amerikalıların bu qədər ağılsız davranacağını gözləmədiyini düşünürəm. Demokratlar uzun illərdir ABŞ-ın vəziyyətini pisləşdirə biləcək demək olar ki, hər şeyi dəstəkləyirlər”.

Paylaş: