6b01e8c09cde36b01e8c09cde417952872326b01e8c09cde06b01e8c09cde2

Bakının Ziya Bünyadov prospektindən Qələbə dairəsi istiqamətinə gedən tuneldə su borularında qəza baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, tunelin üzərindən keçən su borularının partlaması nəticəsində tunelin daxilinə fasiləsiz olaraq su damır.

Nəticədə yolun hərəkət hissəsi islanıb və sürüşkən vəziyyətə düşüb.

Yaranmış vəziyyət görmə məsafəsinin azalmasına və həmin istiqamətdə avtomobillərin hərəkətinin çətinləşməsinə səbəb olub.

Sürücülərə ərazidən keçərkən diqqətli olmaları tövsiyə edilir.

6b01e8c00a5a66b01e8c00a5a717952872326b01e8c00a5a46b01e8c00a5a5 6b01e8c05620a6b01e8c05620b17952872326b01e8c0562076b01e8c056208

Paylaş: