ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə dialoqu haqda daha bir məqamı açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Tramp Putindən ABŞ-da prezident postunda özü olsaydı, Ukraynada hərbi əməliyyata başlamaq qərarı verib-verməyəcəyini soruşduğunu bildirib.
“Mən Putindən soruşdum: ‘Əgər həmin vaxt prezident mən olsaydım, buna gedərdinizmi?’ O isə ‘Xeyr’ cavabını verdi. Ölkəmiz bu vəziyyətdə son dərəcə pis davrandı”, – deyə Tramp vurğulayıb.
Əliyar Xəlil