lukasenko 1

Belarus Prezidenti Aleksandr Lukaşenko doğulduğu İskəndəriyyə aqroşəhərində dörd bala pişik üçün fərdi evlərin tikilməsi barədə göstəriş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Pool Pervogo” teleqram kanalı məlumat yayıb.

Lukaşenko daha əvvəl yeni sahiblər tapılmasına kömək etdiyi pişik balalarının yaşayış şəraitinin yaxşılaşdırılması ilə də maraqlanıb.

Məlumata əsasən, tikilən hər bir evin üzərində sahiblərinə ünvanlanan minnətdarlıq mesajı yerləşdirilib. Hədiyyələrdən biri artıq Smorqona çatdırılıb, digərlərinin isə Jabin­ka, Qrodno və Minskə göndərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Lukaşenko daha əvvəl yerli mağazanın yaxınlığında qutuda yaşayan pişik balalarını nümayiş etdirmişdi.

Tahir Turan
Globalinfo.az

Paylaş: