Ağ Ev Administrasiyasının aparat rəhbəri Stiven Millerin son açıqlaması diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, Millerin sözlərinə görə, Tramp Venesuelaya nəzarəti bir saatdan az müddətdə ələ keçirib.
O iddia edib ki, bu addım ABŞ-a cəmi bir gecə ərzində neft ehtiyatlarını ikiqat artırmaq imkanı verib.
Ağ Ev rəsmisinin açıqlaması Vaşinqtonun Venesuela siyasətində enerji resurslarının əhəmiyyətini yenidən gündəmə gətirib.
“Dünyanın ən böyük təsdiqlənmiş neft ehtiyatlarından birinə malik olan Venesuelanın enerji sektoru uzun müddətdir beynəlxalq siyasi və iqtisadi müzakirələrin əsas mövzularından biridir. Biz isə bunu cəmi bir saatdan az bir müddətdə etdik. Ölkəyə girdilər və bunu əldə etdilər”.
Millerin ifadəsində diqqət çəkən məqam Tramp administrasiyasının Venesueladakı prosesləri ABŞ-ın enerji maraqları ilə əlaqələndirməsidir. Onun sözləri Vaşinqtonun ölkənin neft resurslarına münasibəti ilə bağlı müzakirələri də gücləndirə bilər.
Tahir Turan
Globalinfo.az