putin 1536x864 1

Rusiya Prezidenti Vladimir Putin müasir dövrdə hərbi üstünlüyün təkcə silahların texniki imkanları ilə deyil, həm də düşüncə sürəti və mənəvi dözümlülüklə müəyyən olunduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu fikirləri serbiyalı rejissor Emir Kusturitsa ilə “Bizim Vəftizimiz. Primat” layihəsi çərçivəsində müsahibəsində səsləndirib.

Putinin sözlərinə görə, hazırda əsas məsələ raketlərin uçuş sürəti deyil, insanların və hərbi strukturların düşünmə, qərar qəbul etmə və dəyişən şəraitə uyğunlaşma qabiliyyətidir.

“Məncə, bu gün ən vacib və əsas olan raketlərin sürəti deyil, düşüncə sürətidir”, – deyə Rusiya lideri vurğulayıb.

O qeyd edib ki, əvvəlki dövrlərdə müasir silahların texniki xüsusiyyətləri hərbi əməliyyatlarda həlledici rol oynayırdısa, indi riyazi biliklər və sürətli təhlil qabiliyyəti daha çox ön plana çıxır.

Putin hərbi-texniki sahədə dəyişikliklərin çox sürətlə baş verdiyini diqqətə çatdırıb. Onun fikrincə, mövcud hadisələri daha yaxşı təhlil edən və yeni çağırışlara daha çevik reaksiya verən tərəf üstünlük qazanır.

Tahir Turan
Globalinfo.az

Paylaş: