KfIvqGkmZMfoWX85oGgCiyJjNfRLXrL7CFvvs0z4 1200

Türkiyənin Ərzincan vilayətindən seçilmiş deputat Mustafa Sarıgülün toxunulmazlığının ləğv edilməsi tələbi ilə bağlı təqdimat hazırlanıb.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu tərəfindən hazırlanaraq Ədliyyə Nazirliyinə göndərilən təqdimatda Mustafa Sarıgül bir sıra ağır cinayətlərdə ittiham olunur.

Belə ki, deputata cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayət törətmək məqsədilə təşkilat yaratma, uşağın təkrarən cinsi istismarı, ağırlaşdırıcı hallarda təkrarən cinsi zorakılıq törətmə, habelə qanunsuz yolla əmlak əldə etmə, əmlakı gizlətmə və ya başqasının adına keçirmə ilə bağlı ittihamlar irəli sürülür.

Paylaş: