1583308536 zrk patriot

Polşa ərazisinə Rusiya raketlərinin qalıqlarının düşməsindən sonra ölkənin hava hücumundan müdafiə sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın baş nazir müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamış RMF24 telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Jeşuv yaxınlığındakı Yaşyonka hava limanı və Lyublin vilayətinin Svidnik şəhəri ətrafında yerləşdirilən “Patriot” zenit-raket kompleksləri aktivləşdirilib. Həmçinin POPRAD və Pilica Plus yerüstü hava hücumundan müdafiə sistemləri də əməliyyata cəlb olunub.

Nazir qeyd edib ki, əməliyyatda helikopterlər və Ərazi Müdafiə Qüvvələrinin üç briqadası da iştirak edir.

Kosinyak-Kamışın məlumatına görə, Polşa ərazisinə iki raketin qalıqları və ehtimal ki, reaktiv pilotsuz uçuş aparatı düşüb. Hadisələr Lyublin və Podkarpatye vilayətlərində qeydə alınıb.

Polşanın baş naziri Donald Tusk isə daha sonra əraziyə düşən obyektlərin Rusiya mənşəli olduğunu bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: