erm 1

Bu gün Ermənistanın tapdığı itkin hərbçimizlə bağlı yeni detallar ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, onun Zəngəzurun Açanan kəndi yaxınlığında ələ keçirildiyi bildirilib. Bununla belə saxlanılan hərbçinin üzərinə artıq cinayət işi atılması nəzərdə tutulub.

Ermənistan mətbuatının yazdığına görə, o, Zəngəzur Mis Molibden Kombinantının mühafizəçisinin qətli ilə bağlı Qafan polis idarəsinə aparılıb və dindirilməsinə başlanılıb.

Qeyd edək ki, Ermənistan mətbuatının iddiasına inansaq, o zaman İrəvanın azərbaycanlı hərbçinin həbsini planlaşdırdığını təxmin edə bilərik. Ehtimal ki, İrəvan cinayəti hərbçimizin üzərinə ataraq, onu Bakıya qarşı şantaj rıçağı kimi istifadə etməyə çalışacaq.

Xatırladaq ki, İrəvan bir qədər əvvəl sözügedən iddianı təkzib etmişdi.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: