Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsi zamanı görkəmli bəstəkar Qara Qarayevin ilk Sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələməsindən danışıb.
Globalinfo.az xəbər verir ki, Dövlət başçısı həmin əsərin 1955-ci ildə ərsəyə gəldiyini bildirib.
“Ümumilikdə, xalqlarımız arasında mədəni dialoq on illərdir davam edir. Hələ 1955-ci ildə bəstəkar Qara Qarayev ilk Sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı yaradıb. Bu yaradıcı əlaqələr sonradan rejissor Əjdər İbrahimov tərəfindən daha da möhkəmləndirilib”, – Prezident vurğulayıb.
Qara Qarayevin “Vyetnam süitası”nı təqdim edirik:
Əliyar Xəlil
Globalinfo.az
