ararat mirzoyan123

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda həbsdə saxlanılan erməni separatçılarının geri qaytarılması məsələsinin sülh müqaviləsinin imzalanması ilə əlaqələndirilməsinin Azərbaycanla sülh prosesini ləngidəcəyini deyin.

Globalinfo.az xəbər verir ki, Mirzoyan bu barədə parlamentdə hökumət saatı zamanı danışıb.

Nazir qeyd edib ki, Bakıda saxlanılan şəxslərin mövcudluğu iki ölkə arasında sülhə yaxınlaşmağa kömək etmir. Bununla belə, onların qaytarılması məsələsi həll olunana qədər sülh müqaviləsinin imzalanmayacağını bəyan etmək prosesi daha da uzaqlaşdıra bilər.

“Əgər indi müqaviləni imzalasaq və ayrı-ayrı məsələlər üzrə mərhələli şəkildə əməkdaşlıq etsək, gec-tez digər problemlərin də həllinə imkan verən vəziyyət yaranacaq”, – deyə Mirzoyan bildirib.

Onun sözlərinə görə, tərəflər sülh sazişini imzaladıqdan sonra digər mübahisəli məsələlərin həlli istiqamətində də əməkdaşlığı davam etdirə bilərlər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: