“Kiyev Qara dənizdə limanların və gəmilərin müdafiəsini gücləndirmək niyyətindədir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Gəmilərin və limanların daha yaxşı qorunmasını təmin etmək üçün hansı əlavə qüvvə və vasitələrə ehtiyac olduğunu müəyyən etdik.
Diplomatik komandamız və vəzifəli şəxslərimiz qarşısında müvafiq tapşırıqlar qoyulub”, – deyə o qeyd edib.
Bundan əlavə, Zelenski Qara dəniz sahilində yerləşən şəhərlərin təhlükəsizliyinin artırılmasının və ukraynalı fermerlərə dəstək göstərilməsinin vacibliyini vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az