ABŞ-ın vitse-prezidenti Cey Di Vens İran məsələsində Prezident Donald Trampla fikir ayrılığının olmadığını bəyan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
“Xeyr, aramızda fikir ayrılığı yoxdur. Qərarları ABŞ Prezidenti verir. Təbii ki, administrasiya daxilində konkret olaraq hansı addımların atılmalı olduğu ilə bağlı müzakirələr və fikir mübadiləsi aparılır. Prezident qərar qəbul etdikdən sonra onun həyata keçirilməsinə kömək edən kabinet üzvlərinin dəstəyinə arxalanır”, – deyə Vens qeyd edib.
Bununla yanaşı, o, İranla münaqişənin siyasi bədəlinin olduğunu etiraf edib.
Onun sözlərinə görə, bu, benzin və enerji daşıyıcılarının qiymətlərinin artmasında özünü göstərir.
“İnsanlara xatırladıram ki, enerji daşıyıcılarının yüksək qiymətləri təkcə Yaxın Şərqdə baş verən hadisələrlə bağlı deyil. Həm də onilliklər ərzində ABŞ-ın enerji infrastrukturuna kifayət qədər investisiya yatırmamağımızın nəticəsidir”.
Əliyar Xəlil
Globalinfo.az