cinpin putin tramp

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin üçtərəfli görüşü noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev Trampın rəsmi iş qrafikində qeyd edib.

Məlumata görə, sammitin Kylin Villa hotel kompleksində keçirilməsi nəzərdə tutulur.

Danışıqların yerli vaxtla saat 14:30-da başlaması planlaşdırılır.

Görüşdə üç ölkə arasında münasibətlərin, beynəlxalq təhlükəsizlik məsələlərinin, nüvə silahlarına nəzarətin və regional münaqişələrin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, bu görüş dünyanın aparıcı gücləri arasında münasibətlərin gələcək istiqaməti baxımından mühüm diplomatik hadisə kimi qiymətləndirilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: