qar baki qar

Bu qışın ötən illə müqayisədə daha mülayim keçəcəyi ehtimal olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusianın “Phobos” hava mərkəzi məlumat yayıb.

Buna səbəb Sakit okeanın ekvatorial hissəsində müşahidə edilən El-Ninyo iqlim hadisəsinin güclənməsidir.

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) açıqladığı məlumatlara əsasən, 2026-cı il müşahidələr tarixində ən isti dörd ildən biri olacaq.

Təşkilatın qiymətləndirməsinə görə, El-Ninyo hadisəsinin təsiri 2027-ci ilin əvvəlinədək qlobal temperaturun yüksəlməsinə səbəb ola bilər.

Azərbaycan üçün də qışın mülayim keçməsi ehtimalı nəzərə alınır. Lakin bu, ölkədə şaxta və qar yağmayacağı anlamına gəlmir. Xüsusilər regionlarda qar yağacağı gözlənilir.

Mütəxəssislər qeyd edirlər ki, qlobal temperaturun yüksəlməsi ayrı-ayrı regionlarda kəskin soyuqların baş verməsini istisna etmir. Beləliklə, qışın orta temperaturu normadan bir qədər yüksək olsa da, qısamüddətli sərt şaxtalar və güclü qar yağışları mümkündür.

 Əliyar Xəlil
Globalinfo.az

Paylaş: