ABŞ-ın nəqliyyat naziri Şon Daffi ölkədə kütləvi uçuş məhdudiyyətlərinə səbəb olan problemlərə görə üzr istəməyib.
Globalinfo.az xəbər verir ki, nazir 2001-ci il sentyabrın 11-də baş verən terror hücumlarından bəri ölkədəki ən böyük hava nəqliyyatı böhranına görə üzr istəməkdən imtina edib.
O, hava hərəkətinin idarə olunması sisteminin uzun illər ərzində lazımi səviyyədə yenilənmədiyini bildirib.
Məlumata görə, uçuşların 5 saat dayandırılması nəticəsində həmin gün 12 min kommersiya və özəl reys ləğv edilib. Həftəsonu isə minlərlə əlavə uçuşun həyata keçirilməsi mümkün olmayıb.
Qeyd edək ki, CNN-in məlumatına əsasən, ABŞ-də ölkə üzrə uçuşlara sonuncu dəfə 2023-cü ilin yanvarında, pilotlar üçün xəbərdarlıq sistemində yaranan nasazlıq səbəbindən məhdudiyyət qoyulub.