Elmar memmedyarov 900x487 1

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, hazırda hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunaraq həbsdə olan Əli Kərimlinin Böyük Britaniyada Maqnitski mükafatına layiq görülməsi müzakirələrə səbəb olub. Mükafatın təqdim olunması, eləcə də bu prosesdə iştirak edən şəxslərin fəaliyyəti və siyasi əlaqələri diqqət çəkir. Bəs bu mükafatın verilməsinin arxasında hansı siyasi məqsədlər dayanır?

Globalinfo.az-a danışan  keçmiş xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, bu cür mükafatların müəyyən şəxslərə təqdim edilməsi yeni hal deyil:

“Vaxtilə Leyla Yunusa və onlara yaxın bəzi jurnalistlərə də oxşar mükafatlar verilib. Bu addımları həmin şəxslərə beynəlxalq dəstək göstərilməsi və onların arxasında olduqları mesajının verilməsi kimi qiymətləndirirəm”.

eli kerimli

E.Məmmədyarov qeyd edib ki, onların siyasəti kiməsə “dəstək” vermək üzərində qurulub:

“Amma bu, heç nəyi dəyişə bilməz. Bu cür təltiflər daha çox müəyyən siyasi dairələrin dəstək nümayiş etdirməsi xarakteri daşıyır və real siyasi nəticə yaratmır. Açığı, daxili siyasəti şərh etmək istəməzdim. Mən Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyirəm. Həm nazir olduğum dövrdə, həm də hazırda – keçmiş nazir kimi mövqeyim belədir”.

Zaira Akifqızı

Globalinfo.az

Paylaş: