Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini vəzifəsində çalışmış Teymur Hacıyev işdən azad olunması ilə bağlı narazılığını ifadə edərək nazirlikdən şikayət edib.
Globalinfo.az xəbər verir ki, Teymur Hacıyev əmək müqaviləsinə şəxsən Anar Əliyev tərəfindən qanun pozuntusu ilə xitam verildiyini iddia edib:
“Bu gün çox ciddi hüquqi zorbalıqla qarşılaşdım. İnsanların əmək hüquqlarını müdafiə etməli olan nazirlik mənə qanunların imperativ tələblərini pozaraq xitam qərarı verdi. Şəxsən Anar Əliyev mənim barəmdə xitam qərarı verdi. Mənim barəmdə xitam qərarının verilməsinin heç bir hüquqi əsası yoxdur. 7 il ərzində çalışdığım, saçımı ağartdığım, canımı qoyduğum nazirlik mənim barəmdə bu gün xitam qərarı Verdi. Əlimdə bütün təsdiqedici sənədlər var, bütün faktlar var. Onların bu gün verdikləri qərar qanunsuzdur, hüquqsuzdur, qanunun aliliyi prinsiplərinə ziddir. Mən bu məsələni burada qoymayacağam. Məhkəmə qaydasında öz hüquqlarımı bərpa etməyə çalışacağam. Eyni yox, işləməyəcəm, taksi fəaliyyəti ilə məşğul olacam, gedib daş daşıyacam, amma mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə axıradək sübut edəcəm ki, mənə qarşı qəbul olunmuş qərar haqsızdır”.