zakir prezident

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun doğum günüdür.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün nazirin 65 yaşı tamam olur.

ikincii

Ömrünün böyük hissəsini Azərbaycan ordusuna xidmətə həsr edən general 1959-cu ildə Astara rayonunda anadan olub. 10 il daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı işləyən Zakir Həsənov 2013-cü ildə Azərbaycan Respublikasının müdafiə naziri təyin edilib.

sonuncu

Sözsüz ki, generalın ən böyük uğuru qalib ordunun naziri kimi yadda qalması oldu. Məhz Zakir Həsənovun dövründə 44 günlük Vətən Müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı.

Müharibədən sonra dövlət başçısının sərəncamları ilə general-polkovnik Zakir Həsənov “Zəfər” ordeni, bir müddət sonra isə “Qarabağ” ordeni ilə təltif edilib.

zeferr

Ümumilikdə isə Zakir Həsənov “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı və digər orden-medallarla mükafatlandırılıb.

436446874 488723426840987 1856789298197008623 n
436498143 430850679753982 5492696438727352774 n
c2665697 7115 43fa 8d17 456237374796
11219009 898086176900989 2786391001186152149 n

Paylaş: