
Böyük Britaniyaya məxsus Rivet Joint tipli kəşfiyyat təyyarələri Rusiyanın Kalininqrad vilayəti yaxınlığında müşahidə uçuşlarını intensivləşdirib.
Globalinfo.az xəbər verir ki, “Daily Mail” qəzetinin Britaniya Müdafiə Nazirliyindəki mənbələrə istinadən yaydığı məlumata görə, oktyabr ayı ərzində RAF Waddington aviabazasından havaya qalxan Rivet Joint təyyarələri Rusiya sərhədi istiqamətində 17 uçuş həyata keçirib.
Nəşr bu missiyaları son dövrdə həyata keçirilən qeyri-adi intensiv kəşfiyyat fəaliyyəti kimi qiymətləndirir. Təyyarələrin əsas vəzifəsinin Kalininqrad vilayəti ətrafındakı Rusiya hərbi obyektlərini və rabitə sistemlərini izləmək olduğu bildirilir.
Qeyd edək ki, Rivet Joint (RC-135W) təyyarələri geniş elektron müşahidə imkanlarına malikdir. Onlar müxtəlif radio siqnallarını, hərbi rabitəni və digər elektromaqnit məlumatlarını aşkar edib təhlil etmək üçün istifadə olunur.
Tahir Turan
Globalinfo.az