1035027 src

Meksika prezidenti Klaudia Şeynbaum bildirib ki, hazırda ölkə ərazisindən ABŞ sərhədinə doğru hərəkət edən miqrant karvanı yoxdur. Onun sözlərinə görə, əvvəllər formalaşan karvanlar ölkənin cənubunda dağılıb.

Globalinfo.az–ın xəbərinə görə, Şeynbaum qeyd edib ki, Donald Trampın hakimiyyətə gəlişindən sonra 24 miqrant karvanı yaranıb, lakin hakimiyyətin apardığı maarifləndirmə işi nəticəsində onların hamısı dağılıb.

Qeyd edək ki, Tramp miqrant axınının qarşısı alınmasa, Meksikaya tətbiq edilən gömrük rüsumlarını ikiqat artıracağı ilə hədələyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: