Moskovada kar yagisi 10012026 51

Rusiyanın paytaxtı Moskvada noyabrın 13-dən 14-nə keçən gecə son 59 ilin ən güclü noyabr leysanlarından birinin müşahidə olunacağı gözlənilir.

Globalinfo.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets bildirib ki, cəmi bir neçə saat ərzində şəhərin hər kvadratmetrinə 28 litrə qədər yağış suyu düşə bilər.

Sinoptiklər şəhərdə güclü yağış və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər. Proqnoza əsasən, ən intensiv yağıntılar noyabrın 13-də saat 21:00-dan noyabrın 14-də səhər saat 06:00-dək davam edəcək.

Bu müddətdə gözlənilən yağıntının miqdarı aylıq normanın təxminən 54 faizinə bərabərdir. Sinoptik qeyd edib ki, sonuncu dəfə noyabrın ortalarında belə intensiv yağıntı 1967-ci ildə qeydə alınıb. Həmin vaxt Moskvada sutka ərzində 29,5 millimetr yağıntı düşüb. 

Tahir Turan
Globalinfo.az

Paylaş: