Ermənistanın keçmiş Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində irəliləməsinin əleyhinə olduğunu bildirib.

Globalinfo.az bildirir ki, o, bu məsələdə mövqeyini niyə məhz indi açıq şəkildə ifadə etdiyini açıqlayıb.

Qriqoryanın sözlərinə görə, vəzifədə olduğu müddətdə də Baş nazir Nikol Paşinyanı və hökumətin digər üzvlərini bu siyasətin mümkün təhlükələri barədə xəbərdar edib.

“Mən bu yolla getməməyimiz üçün inandırmağa çalışırdım”, – deyə keçmiş məmur bildirib.

Onun fikrincə, bu mövzuda məqalə yazmasına səbəb Ermənistan Konstitusiyasına ölkənin Aİ-yə üzvlük istiqamətini əks etdirən müddəanın daxil edilməsi olub.

Qriqoryan yeni siyasi mövqelənmə ilə bağlı suala cavabında başqa məqsəd güdmədiyini və məqalədə motivlərini açıq şəkildə ifadə etdiyini vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: