Ya tam kapitulyasiya olacaq, ya da tammiqyaslı müharibə… – Tevanyan

d6ce3f88b7152450802f9cdfeb993f94 M 720x403 1

“Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanın şərtlərini yerinə yetirəndə susur. Həmin şərtlərin yerinə yetirilməsinə haqq qazandırmaq lazım gələndə isə danışmağa başlayır”.

Globalinfo.az xəbər verir ki, bunu “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan deyib.

Onun sözlərinə görə, hazırda gedən proseslər ya tam kapitulyasiyaya, ya da tammiqyaslı müharibəyə səbəb olacaq:

“Nikol, Zelenski və Saakaşvili qlobal müharibə partiyasının marionetləridir. Paşinyan Qərbin Rusiyaya qarşı müharibəsi naminə Ermənistanı məhvə aparır. Gürcüstan hələ də müqavimət göstərir. Paşinyan Zelenski ilə yarışır ki, görsün ki, kim onun ölkəsini tamamilə xarabalığa çevirə bilər”.

Safura Bənnayeva
Globalinfo.az