Prezident İlham Əliyevin Azərbaycanın 2030-cu ilə qədər müəyyən etdiyi beş milli prioritetin hər birinin mərkəzində insan amili və sosial rifah dayanır.
Globalinfo.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.
O bildirib ki, 2027–2030-cu illər üçün qəbul olunmuş yeni strategiyada bu prioritetlər konkret hədəflərə çevrilir:
“Yeni mərhələyə ölkə iqtisadiyyatı makroiqtisadi və fiskal sabitlik şəraitində daxil olur. Cari ilin 10 ayında qeyri-neft sektoru üzrə artımımız 2,9% təşkil eləyir və ümumilikdə onun daxili məhsulumuzun bütün artımı elə məhz qeyri-neft sektorunun hesabına təmin olunur.
Cari ilin 10 ayında qeyri-neft ixracı da artıb. Bunu xüsusi vurğulamaq lazımdır: dövlət neft fondunun qızıl əməliyyatları nəzərə alınmadan bizim qeyri-neft ixracımız 20%-dən çox artıb və 3,6 milyard ABŞ dollarına çatıb. Xüsusilə də qeyd etmək istəyirəm ki, bu ixracın da 60%-ni sənaye məhsulları təşkil edib.
Dayanıqlı iqtisadi artımın təmin olunması, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər nəticəsində növbəti illərdə də makroiqtisadi proqnozlarda öz əksini tapıb. 2027-ci ildə bizim gözlədiyimiz artım 2,7% təşkil edəcək. Orta müddətli dövrdə, 2027–2030-cu illərdə bu artım orta hesabla 3,3%, o cümlədən qeyri-neft sektoru üzrə 4,4% olacağı proqnozlaşdırılır.
Safura Bənnayeva
Globalinfo.az