Dünyaca məşhur isveçli iqlim aktivisti Qreta Tunberqin Türkiyədə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasındakı (COP31) iştirakı və səsləndirdiyi fikirlər ciddi müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, Tunberq 2021-ci ildən bu yana ilk dəfə COP sammitinə qatılıb.
Lakin Tuberqin Türkiyəyə gəlişi və sammitdəki çıxışı birmənalı qarşılanmayıb.
Tunberq sammitdə əvvəlcə iqlim problemindən danışsa da, daha sonra siyasi mövzuları gündəmə gətirib. O, Türkiyəni İsraillə ticarət əlaqəsində ittiham edib. Həmçinin Fələstinə dəstək üçün Türkiyənin öz ərazisindən İsrailə neftin daşınmasını dayandırmağa çağırıb. Daha sonra “Kürdüstana azadlıq” çağırışı edib.
Onun ittihamı və son çağırışı gündəm olub.
Q.Tunberq daha əvvəl 2024-cü ildə Türkiyəyə səfər edib. O, ölkənin sadəcə şərq bölgəsini, yəni kürdlərin daha çox məskunlaşdığı əraziləri gəzib. Daha sonra Vandan paylaşım edərək sosial şəbəkə ölkə bölməsinə “Kürdüstan” yazıb. O, Türkiyənin şərq bölgəsini Kürdüstan adlandırıb. Həmçinin paylaşımında guya Türkiyədə yaşayan kürdlərin türk hökumətinin təzyiqi və şiddəti ilə üzləşdiyini, mübarizə apardıqlarını yazıb. Həmçinin əraziyə muxtariyyət verilməli olduğunu bildirib. Qreta o cümlədən, həbs olunan PKK terroristlərini “siyasi müxalifət” adlandırıb və onların terrorda əsassız yerə ittiham edildiyini bildirib.
Bundan cəmi il sonra məhz Antalyada keçirilən COP31-ə qatılaraq “Kürdüstana azadlıq” çağırışı etməsi diqqət çəkib.
Məlumata görə, Q.Tubnerqi Türkiyə dəvət etməyib. BMT-nin müşahidəçilər üçün layihəsi çərçivəsində qeydiyyatdan keçib və Antalyaya gedib.
Antalya’da Birleşmiş Milletler Çevre forumunda konuşan iklim aktivisti Greta Thunberg:
“Türkiye İsrail’e olan yakıt ikmalini derhal durdurmalı, bu yakıt ikmali Gazze’deki soykırımı körüklüyor.”
“Kürdistan için adalet!” https://t.co/Ar5KlVjmPS
— Ihsan Mercan (@ihsanmrcn) November 12, 2026
Ayşən Mustafa
Globalinfo.az