he

ABŞ-ın Vaşinqton ştatında hərbi qırıcı təyyarə dağa çırpılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Bildirilib ki, ABŞ Dəniz Piyadaları Korpusuna məxsus F/A-18 Hornet qırıcısı planlı təlim uçuşu zamanı Rimrok gölü yaxınlığındakı dağlıq əraziyə düşüb.

Qəza nəticəsində meşə yanğını baş verib, lakin yanğınsöndürənlər alovu qısa müddətdə nəzarətə götürüblər.

Məlumata görə, pilot qəzadan əvvəl katapult etməyə müvəffəq olub.

O, yüngül xəsarətlər alıb və xəstəxanaya çatdırılıb. ABŞ hərbi qurumları hadisənin səbəblərini araşdırır.

Qeyd edək ki, son illərdə ABŞ hərbi aviasiyasında bir neçə oxşar qəza qeydə alınıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: