ukrayna rusiya 900x506 1

Ukrayna münaqişəsi ilə bağlı danışıqlar prosesinin sürətlənməsi üçün Rusiyanın döyüş meydanında qəti və güzəştsiz qələbələr qazanması vacibdir.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Problemlərinin Tədqiqi Mərkəzinin aparıcı elmi əməkdaşı Konstantin Bloxin deyib.

Onun sözlərinə görə, yalnız Rusiyanın döyüş meydanında əldə edəcəyi həlledici nəticələr Kiyevi və onun müttəfiqlərini Moskvanın şərtlərini qəbul etməyə məcbur qoya bilər.

Ekspert hesab edir ki, Avropanın iştirakı olmadan qitədə təhlükəsizlik məsələlərini müzakirə etmək mümkün deyil. Onun fikrincə, Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda Avropa ölkələri də iştirak etməlidir, əks halda onlar danışıqlar prosesinə mane ola biləcək addımlar atacaqlar.

Bloxin Ukrayna və Avropanın hazırda danışıqlara hazır olmadığını da iddia edib. O, Vaşinqton və Moskvanın danışıqlarda irəliləyiş əldə etmək istəyinə baxmayaraq, Ukrayna, Avropa İttifaqı və ABŞ siyasi elitasının bir hissəsinin bu prosesi əngəllədiyini bildirib.

Ekspertin qənaətinə görə, tərəfləri danışıqlar masasına gətirməyin və Rusiyanın tələblərini qəbul etdirməyin yeganə yolu döyüş meydanında qəti üstünlük qazanmaqdır”.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: