Ermənistan Respublika Partiyasının İcraiyyə orqanının üzvü Eduard Şarmazanov ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşmasını tənqid edib.
Globalinfo.az-ın xəbərinə görə, o bildirib ki, Ermənistanın 2018-ci ildən sonra yürütdüyü siyasət ölkənin xarici siyasət və hərbi təhlükəsizlik istiqamətini dəyişməyə yönəlib.
Şarmazanovun sözlərinə görə, Ermənistan həm KTMT və Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olaraq qalmaq, həm də Avropa İttifaqına (Aİ) hədəf irəli sürməklə siyasi avantüraya yol verir.
O, KTMT-dən uzaqlaşan Ermənistanın təhlükəsizliyini hansı alternativin təmin edəcəyini sual kimi ünvanlayıb. Bunun Türkiyə, yoxsa Avropa İttifaqı olacağını soruşub.
Şarmazanovun fikrincə, Ermənistanın maraqları KTMT-də iştirakının bərpasını, Rusiya ilə münasibətləri dərinləşdirməyi və Aİİ çərçivəsində iqtisadi əlaqələri genişləndirməyi tələb edir.
Əliyar Xəlil