rusiya sanksiya

Kanada hökuməti Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kanada hökumətinin məlumatında deyilir.

Bildirilib ki, sanksiya siyahısına 34 hüquqi, 14 fiziki şəxsin adları qeyd edilib.

Bundan əlavə, Kanadanın Baş naziri deyib ki, Belarusun maliyyə sektoru ilə əlaqəli doqquz təşkilata qarşı sanksiyalar tətbiq edilir.

Kanada, həmçinin Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov və Rusiya müdafiə nazirinin müavini Nikolay Pankova da sanksiya tətbiq edib. Sanksiya siyahısında “Regnum” agentliyinin sahibi Sergey Rudnov da var.

Paylaş: