Ermənistan parlamenti “TRIPP” şirkətinin yaradılması üçün zəruri olan qanunvericilik düzəlişləri paketini birinci oxunuşda qəbul edib.
Globalinfo.az xəbər verir ki, 64 deputat düzəlişin lehinə səs verib, əleyhinə və bitərəf səs verən olmayıb, müxalifət səsvermədə iştirak etməyib.
Layihənin birinci oxunuşda qəbul edildikdən sonra 24 saat ərzində ikinci oxunuşda müzakirənin təşkili təklif olunur.
Layihədə dövlətin payı ən azı 25 faiz olan beynəlxalq müqavilələr əsasında yaradılan şirkətlər üçün daimi qanunvericilik tənzimləməsinin yaradılması təklif edilir.
Hökumətin qiymətləndirməsinə görə, düzəlişlər “TRIPP” layihəsinin həyata keçirilməsi üçün zəruri hüquqi baza yaradacaq.