1034280 src

Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev vəfat edib.

Globalinfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, 66 yaşlı diplomat bu gün dünyasını dəyişib.

AP nəşri yazır ki, nazirliyin sözçüsü Mariya Zaxarova Darçiyevin Moskvada naməlum xroniki xəstəlikdən öldüyünü bildirib.

Qeyd edək ki, Aleksandr Darçiyev 2025-ci ilin martından Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tuturdu.

O, 1992-ci ildən Rusiya Xarici İşlər Nazirliyi sistemində çalışıb. 2005–2010-cu illərdə Rusiyanın ABŞ-dakı səfirliyində müşavir-elçi vəzifəsində işləyib. 2014–2021-ci illərdə isə Rusiyanın Kanadadakı səfiri olub.

2025-ci ilin fevralında İstanbulda keçirilən Rusiya–ABŞ danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: