Şimali Koreya lideri Kim Çen Inın gələcəkdə hakimiyyəti qızı Kim Çju E-yə ötürə biləcəyi ehtimal olunur. Hazırda təxminən 13 yaşında olduğu bildirilən Kim Çju E atasının mümkün varisi kimi nəzərdən keçirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Associated Press” (AP) məlumat yayıb.
Bildirilir ki, keçmiş Şimali Koreya sakinlərinin də əksəriyyəti onu hazırkı liderin ən real potensial varisi hesab edir. Onlar bu qənaəti qızın son dövrlərdə ictimai tədbirlərdə daha tez-tez görünməsi və ölkənin adi yeniyetmələri üçün əlçatan olmayan həyat tərzi nümayiş etdirməsi ilə əlaqələndirirlər.
AP-nin materialında qeyd olunur ki, Kim Çju E uzun saçları, hündürdaban ayaqqabıları və yetkin qadınlara xas geyim tərzi ilə diqqət çəkir. Halbuki Şimali Koreyada sıravi yeniyetmələr üçün bu cür geyim və görünüş seçimlərinin məhdudlaşdırıldığı bildirilir.
Qeyd edək ki, Kim Çen Inın hakimiyyəti qızına ötürmək niyyəti ilə bağlı indiyədək rəsmi məlumat yayılmayıb.
Safura Bənnayeva
Globalinfo.az