“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirak etmir və təşkilat buna müvafiq reaksiya verəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Ermənistan Baş naziri Nikol Paşinyanın nə gözlədiyini bilmirik, lakin Ermənistanın KTMT-nin fəaliyyətində iştirak etmədiyi göz qabağındadır”, – deyə o bildirib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin artıq KTMT-də maraqlı olmadığını bəyan etmişdi. Onun sözlərinə görə, İrəvanın KTMT-yə marağı artıq tükənib.
Qeyd edək ki, KTMT postsovet məkanının bir sıra dövlətləri tərəfindən kollektiv təhlükəsizliyin təmin edilməsi məqsədilə yaradılmış regional beynəlxalq təşkilatdır. Təşkilatın əsas məqsədləri sülhün, beynəlxalq və regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, eləcə də üzv dövlətlərin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin kollektiv şəkildə qorunmasıdır.
Əliyar Xəlil
Globalinfo.az