Charlie Kirk and Pelosi

ABŞ-da mühafizəkar fəal Çarli Kirkin qətli ilə bağlı məhkəmə prosesi 2028-ci ilin yayında başlayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “ABC” telekanalı Yuta ştatındakı hakimin qərarına istinadən məlumat yayıb.

Hakim Toni Qraf bildirib ki, belə müddət ittiham olunan Tayler Robinsonun və həlak olmuş fəalın həyat yoldaşının konstitusion hüquqlarının məhkəmə prosesinin bütün mərhələlərində qorunması üçün vacibdir.

Məhkəmə prosesinin 105 gün davam etməsi nəzərdə tutulur.

Andlı iclasçıların seçiminə isə 2028-ci il iyunun 21-də başlanacaq.

Qeyd edək ki, Çarli Kirkin həyatına sui-qəsd 2025-ci il sentyabrın 10-da törədilib. Həmin gün fəal Yuta ştatındakı universitet kampusunda çıxış edirdi. Tədbir zamanı ona təxminən 180 metr məsafədən atəş açılıb və güllə boynuna dəyib. Kirki təcili xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Bir neçə gün sonra hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxs kimi 22 yaşlı tələbə Tayler Robinsonu saxlayıblar. ABŞ Prezidenti Donald Tramp daha sonra bildirib ki, Çarli Kirkin gələcəkdə Ağ Evin sahibi olmaq üçün bütün şansları var idi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: