1764096674 goy mescid 900x524 4

İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Gələcəkdə burada onun büstünün də qoyulması planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.

İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi İrəvana səfəri çərçivəsində xatirə lövhəsinin açılışında iştirak edib.

Qeyd edək ki, XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın dövründə inşa edilən Göy məscid Azərbaycan memarlıq irsinin mühüm nümunələrindəndir. Tikintisi 1760–1765-ci illərdə aparılan abidə uzun müddət bölgədəki müsəlmanların dini və ictimai həyatında mühüm rol oynayıb.

İran səfirliyi təşəbbüsü Çarentsin ədəbi irsinə, İran mədəniyyətinə marağına və məscidin qorunmasına verdiyi töhfəyə ehtiram kimi izah edib. Məscidin İran və Ermənistanın ortaq irsi kimi təqdim olunması isə Azərbaycanın tarixi-mədəni irsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: