appa 1

Azərbaycan mediasına ağır itki üz verib. Vətən müharibəsi iştirakçısı, tanınmış jurnalist Rəşad Baxşəliyev vəfat edib.

Globalinfo.az xəbər verir ki, Rəşad Baxşəliyev martın 27-də səhər saatlarında dünyasını dəyişib. Onun ölümünə ürək çatışmazlığının səbəb olduğu deyilir. R.Baxşəliyev ötən il ağır ürək əməliyyatı keçirmişdi. Onun ölümünə qəfil ürək tutması səbəb olub.

Rəşad Baxşəliyev Azərbaycan mətbuatında tanınmış imzalardan olub. O, “Şərq” qəzetində uzun illər çalışıb, daha sonra “Azərbaycan” qəzetində şöbə müdiri olub.

“Qubadlının azad olunmasına görə”, “Tərəqqi” medalları ilə təltif edilib.

Mərhum Rəşad Baxşəliyev bu gün Abşeron rayonunun Masazır qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq.

Allah rəhmət eləsin.

Paylaş: