Tramp 1

ABŞ-da noyabrın 3-də keçirilən seçkilərdən sonra Konqresin hər iki palatasında çoxluğu qazanan demokratlar Donald Trampın yaxın ətrafı ilə bağlı araşdırmalara başlamağa hazırlaşırlar.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Bildirilib ki, diqqət mərkəzində İlon Mask, Trampın kürəkəni Cared Kuşner, oğulları Donald və Erik Tramp, həmçinin sabiq Daxili Təhlükəsizlik naziri Kristi Noem olacaq.

Araşdırmalar zamanı Tramp ailəsinin kommersiya fəaliyyəti, xarici investisiyalar, kriptovalyuta layihələri və dövlət müqavilələri ilə bağlı əlaqələrinin yoxlanılması nəzərdə tutulur.

Xüsusilə Kuşnerə məxsus “Affinity Partners” şirkətinin xarici maliyyə mənbələri, eləcə də Tramp ailəsinin “World Liberty Financial” kriptovalyuta layihəsi araşdırıla biləcək əsas istiqamətlərdəndir.

Bununla yanaşı, İlon Maskın dövlət müqavilələrindəki maraqları və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması prosesindəki rolu da demokratların diqqətində olacaq.

Nümayəndələr Palatasının Nəzarət Komitəsinə rəhbərlik etməsi gözlənilən demokrat Robert Qarsiya artıq adı çəkilən şəxslərə müraciət edərək, onları mümkün araşdırmalara qarşı vəkillərlə işləməyə çağırıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: