İran parlamentinin deputatı İsmayıl Kövsəri ölkəsinin müvafiq qərar qəbul verəcəyi təqdirdə qısa müddətdə nüvə silahı istehsal edə biləcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, ABŞ-də keçirilən seçkilərə həsr olunan analitik sessiyada çıxışı zamanı bildirib.
“Əgər nə vaxtsa belə bir qərar qəbul olunsa, xüsusilə də ölkənin ali rəhbəri nüvə silahına sahiblənməyimizin zəruriliyini müəyyənləşdirsə, biz onu mütləq ən qısa müddətdə istehsal edəcəyik”, – deyə deputat vurğulayıb.
Kövsərinin sözlərinə görə, İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə ilə bağlı xüsusi problemi yoxdur və hələlik bu sənəddən çıxmaq üçün səbəb görmür. Bununla belə, o, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) fəaliyyətini tənqid edib.
Deputat iddia edib ki, MAQATE 12 günlük müharibə zamanı ABŞ-ın İranın üç nüvə obyektinə endirdiyi zərbələri ən azı pisləməli idi.
“Əgər MAQATE-nin fəaliyyətinin hər hansı bir faydası olsaydı, ən azı 12 günlük müharibə zamanı üç nüvə obyektimizi bombalayan Vaşinqtonu qınamalı idi. İkincisi, MAQATE-nin öz qayda və qanunlarına əsasən, bu məsələ ilə bağlı müvafiq şəxslər məsuliyyətə cəlb edilməli idi”, – deyə o vurğulayıb.
Əliyar Xəlil